Bu təlimdə Siz etibarlı alqı-satqı müqaviləsini tərtib etmək üçün nəzərə alınmalı olan amillər və həmin müqaviləni mükəmməl və dəqiq hala gətirmək üçün praktiki tövsiyələrlə tanış olacaqsınız.
Bu təlimin xüsusiyyəti alqı-satqı müqaviləsinin tərtib edilməsi ilə bağlı tövsiyələrin sadəcə yerli təcrübəyə deyil, o cümlədən beynəlxalq yanaşmaya əsaslanması, onların nümunələrlə müşayiət edilməsi, və hüquqi jarqondan ibarət olmamasındadır.
Bu təlimdə Siz Xidmət və Alqı-satqı müqavilələrindən irəli gələn kommersiya mübahisələri ilə daha yaxından tanış olacaqsınız.
Bu təlimin əsas məqsədi tərəflər arasında yaranmış mübahisənin həlli, pretenziya və iddia ərizəsinin tərtib edilməsi, sübütların toplanılması və digər zəruri məsələləri əhatə etməkdir.
Bu təlimdə Siz korporativ hüquq sahəsində mütəxəssis olaraq illərin təcrübəsindən əldə edilən praktik tövsiyələrlə tanış olacaqsınız və korporativ hüquq sahəsində sadəcə biliklərinizi deyil, o cümlədən praktiki səriştələrinizi inkişaf etdirmək imkanı əldə edəcəksiniz.
Bu təlimin məqsədi sadəcə nəzəriyyəni deyil, o cümlədən, praktiki bilikləri Sizinlə bölüşməklə, korporativ hüququn mürəkkəblikliyində naviqasiyanızı inkişaf etdirməkdə və hüquqşünas olaraq fəaliyyətinizin müvəffəq olmasına dəstək olmaqdadır.
Bu təlimdə Siz etibarlı xidmət müqaviləsini tərtib etmək üçün nəzərə alınmalı olan amillər və həmin müqaviləni mükəmməl və dəqiq hala gətirmək üçün praktiki tövsiyələrlə tanış olacaqsınız.
Bu təlimin xüsusiyyəti xidmət müqaviləsinin tərtib edilməsi ilə bağlı tövsiyələrin sadəcə yerli təcrübəyə değil, o cümlədən beynəlxalq yanaşmaya əsaslanması, onların nümunələrlə müşayiət edilməsi, və hüquqi jarqondan ibarət olmamasındadır.