Bu Təlimlər işə yeni başlayan, başlamağı planlaşdıran, uzun fasilədən sonra hüquqşünas olaraq fəaliyyətə qayıdan və ümumiyyətlə hüququn praktiki aspektlərini öyrənmək və nəzəri biliklərdən başqa praktiki səriştələrini inkişaf etdirmək istəyən bütün hüquqşünaslara faydalı olacaqdır. Təlimlərin əsas məqsədi qanunvericilikdə və akademik mənbələrdə yazılanı, yəni nəzəriyyəni deyil, hüquqşünasların real iş təcrübəsində üzləşdikləri çətinlikləri və onların həll yolunu, təcrübə ilə qazanılan bilikləri və mütləq nəzərə alınmalı məqamları iştirakçılarla, yəni Sizinlə, bölüşməkdədir.
Bu Təlimlər, onun bütün iştirakçıları üçün, uğur qapısının açarı olacaq!
Vaxtınıza qənaət edərək - istənilən zaman təlim kurslarından yararlana bilərsiz.
İstər kafe, istərsə də ev - istənilən yerdə təlim materialları ilə tanış ola bilərsiz.
Təlimlərdə əldə edəcəyiniz məlumatları qısa, lakin aydın və təcrübələrə əsaslanan şəkildə Sizlərlə bölüşürük.
Gənc yaşına baxmayaraq, hüquq sənayesində 4 ildən artıq təcrübəyə malik Baş Hüquqşünasdır. O, müqavilə və vergi hüququ sahələrində ixtisaslaşır ki, bu da ona müqavilə tərtib edərkən və yoxlayarkən müxtəlif kateqoriyalı riskləri qiymətləndirməyə və onların qarşısını almağa imkan yaradır.
Onun peşəkar inkişafa verdiyi əhəmiyyət dünyanın 155-ci universiteti olan Arizona Universitetində magistratura pilləsi üzrə təhsil alması və Amerika Vəkillər Kollegiyasının Hüquqşünaslar Bölməsi kimi peşəkar təşkilatlarda fəal iştirakından aydın görünür.
Bundan əlavə, o, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvlüyünə qəbul üzrə ixtisas imtahanlarının bütün mərhələlərini keçib və ölkənin ən gənc vəkilidir.
Bakalavr pilləsi üzrə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini, magistratura pilləsi üzrə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin İdarəedilməsi və Təşkili fakültəsini (idarəetmə ixtisası üzrə) bitirib.
Hüquqşünas olaraq fəaliyyəti çərçivəsində notariat ofisində, qida, bank və logistika sahələrində hüquqşünas olaraq çalışıb. Hər bir sahədə işlədiyi dövrdə zəngin təcrübə qazanıb və işlədiyi şirkətlərin "krizis" zamanlarında zəruri məsləhətlər verərək riskləri qabaqcadan görüb və onların qarşısını almaq üçün həlledici təklif və tövsiyyələr verib.
Hal hazırda ölkənin ən iri logistika şirkətlərinin birində Baş Hüquqşünas olaraq işləyir. Əlavə olaraq Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür və vəkillik fəaliyyəti ilə məşğul olur. Korporativ və müqavilə hüququ üzrə ixtisaslaşır, zəngin notariat təcrübəsinə malikdir.